İzmir Buca yanğını tamamilə söndürüldü
Dünya
13.08.2025 11:41
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “Next Sosyal” platformasında etdiyi paylaşımda ölkədəki meşə yanğınlarının son vəziyyəti barədə məlumat verib. Nazir “Yaşıl Vətən”i gecə-gündüz demədən qorumağa davam etdiklərini vurğulayıb.
TodayPress TV xəbər verir ki, İ.Yumaklının sözlərinə görə, İzmirin Buca rayonunda baş verən meşə yanğını orman işçilərinin fədakar mübarizəsi nəticəsində tamamilə nəzarət altına alınıb:
“Soyutma işlərimiz fasiləsiz davam edir. Ən böyük gücümüzün yanğınların baş verməsinin qarşısını almaq olduğunu bir daha xatırlatmaq istəyirəm”, – deyə nazir bildirib.
Hadisə dünən İzmir–Çeşmə avtomobil yolunun Buca rayonu Mustafa Kamal məhəlləsi ərazisində hərəkətdə olan bir mikroavtobusda yanğın çıxması ilə başlayıb. Alov qısa müddətdə yol kənarındakı meşəlik əraziyə keçib.
Qiymət Mahir
tag: Türkiyə,İbrahim Yumaklı,İzmir,Buca ,Todaypress.tv,