Kamran Əliyev ABŞ-də rəsmi səfərdə oldu

Kamran Əliyev ABŞ-də rəsmi səfərdə oldu
03.12.2025 20:50 Xarici siyasət

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.

Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.

"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – deyə məlumatda bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər