Hikmət Hacıyev : "Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək"

Hikmət Hacıyev : "Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək"
07.12.2025 11:00 Xarici siyasət

Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək.

TodayPress TV  xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü söyləyən Hikmət Hacəyev nəhayət, buna son qoyulduğunu qeyd edib: “Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”.

Prezidentin köməkçisi Azərbaycanın 30 ildir ki, sülhü gözlədiyini vurğulayıb.  

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər