Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir
04.12.2025 12:47 Xarici siyasət

Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.

TodayPress TV xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.

Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər