Ceyhun Bayramov David van Veel ilə görüşdü

Ceyhun Bayramov David van Veel ilə görüşdü
04.12.2025 16:36 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri David van Veel ilə görüşərək siyasi məsləhətləşmələr mexanizmini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasları və Azərbaycan-Niderland arasında qarşılıqlı səfərləri müzakirə etmək üçün Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər