Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
04.12.2025 22:30 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində baş tutmuş görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər