BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi İlham Əliyevə məktub ünvanlandı

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi İlham Əliyevə məktub ünvanlandı
12.08.2025 21:20 Xarici siyasət

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə olunmuş, münasibətlərin normallaşmasına və davamlı sülhün gələcəyinə aydın yol göstərən razılaşma münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu uğur həmin razılaşmanın əldə edilməsi üçün yorulmadan çalışan bütün insanların cəsarətini və uzaqgörənliyini əks etdirən tarixi bir mərhələdir.

Sülhün faydaları siyasi sahədən çox-çox kənara çıxır. Təkmilləşdirilmiş əlaqələr, daha geniş regional inteqrasiya, açıq və dayanıqlı ticarət yollarının təşviqi iqtisadi şaxələndirmə, davamlı artım və sosial inkişaf üçün həlledici ola bilər. BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) investisiyaların təşviqinə, istehsal potensialının artırılmasına və sülhün dividendlərinin bütün icmalar arasında geniş şəkildə bölüşdürülməsinə yardım etməyə hazırdır.

Sərhədlərin delimitasiyası, təhlükəsizlik sahəsində əməkdaşlıq və davamlı sülh üçün möhkəm zəmin yaradan münasibətlərin normallaşdırılması daxil olmaqla, sazişin müddəalarının regionu dəyişdirə biləcək potensialını xüsusilə alqışlayıram.

UNCTAD-ın rəhbəri kimi mən bu sənədi təkcə diplomatik bir mərhələ kimi deyil, həm də davamlı inkişafa və regional əməkdaşlığa açılan qapı kimi görürəm. Gücləndirilmiş ticarət dəhlizləri, infrastrukturun inkişafı və iqtisadi əlaqə regionda tərəqqinin sürətləndirilməsi, investisiyaların artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb edir. Bu tarixi fürsətdən faydalanmaqda liderliyinizi və baxışınızı yüksək qiymətləndirirəm. UNCTAD bu fürsəti inklüziv və davamlı inkişaf nəticələrinə çevirməkdə Azərbaycanı və daha geniş regional tərəfdaşları dəstəkləməyə sadiq qalır. Bu istiqamətdə biz artıq Sevilyada keçirilən İnkişaf üçün Maliyyələşdirmə üzrə Dördüncü Beynəlxalq Konfransda çox mühüm nəticələr əldə etmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə güclü və konstruktiv əməkdaşlığımızdan çox məmnunuq. Biz daha inklüziv, dayanıqlı və davamlı inkişafı təşviq etmək məqsədilə sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində bu təşəbbüsləri gücləndirməyi səbirsizliklə gözləyirik.

Sülh, sabitlik və ümumi firavanlığa doğru davamlı tərəqqi üçün ən xoş arzularla.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər