Bakı və Moskva qarşılıqlı səfərlərə hazırlaşır

Bakı və Moskva qarşılıqlı səfərlərə hazırlaşır
26.05.2026 21:20 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 28 May – Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, hazırda xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfərinə hazırlıq işləri aparılır.

Rəhman Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda iki ölkənin parlamentlərarası əməkdaşlıq şurasının iclasının keçirilməsi də planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər