Azərbaycan və Əfqanıstan ədliyyə sahəsində əməkdaşlığı müzakirə etdi
Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysal Azərbaycanın ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, görüş zamanı əfqanıstanlı məhbuslar məsələsi və ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.