Azərbaycan Aİ ilə bir sıra layihənin icrasını müzakirə etdi

Azərbaycan Aİ ilə bir sıra layihənin icrasını müzakirə etdi
02.12.2025 20:30 Xarici siyasət

Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrası müzakirə olunub.

TodayPress TV xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə keçirilən görüşdə baş tutub.

Görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpa olunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı "Enerji Dialoqu" formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsinin icrası nəzərdən keçirilib. Görüşdə, həmçinin "EU4Energy" proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər