Futbolçulara qarşı irqçi şüarlar səsləndirildi
UEFA
02.08.2025 09:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Belqradın “Partizan” klubunun azarkeşləri Ukraynanın “Aleksandriya” komandasının futbolçularına qarşı irqçi ifadələr işlədib.
TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın “Telegraf.rs” nəşri məlumat yayıb.
Bildirilir ki, Belqrad şəhərində baş tutan “Partizan” – “Aleksandriya” (4:0) oyununda serb azarkeşlər rəqib komandanın furbolçularına “Qaraçı, qaraçı” deyə səsləniblər. İnsident, ukraynalı futbolçunun “Partizan”ın oyunçusunu itələyib yerə yıxmasından və komandalar arasında toqquşmadan sonra baş verib.
Həmçinin serb azarkeşlər Rusiya və Moskva “ÇSKA”sı ilə qardaşlığa dair mahnılar oxuyub. Oyunun sonlarına yaxın isə “Srvena Zvezda” azarkeşlərinin tez-tez istifadə etdiyi NATO əleyhinə şüarlar səsləndirilib.
Bundan əlavə, ukraynalı futbolçulara cavab görüşündə öz milli bayraqları ilə meydana çıxmaq qadağan edilib, bu da ciddi narazılıqlara səbəb olub.
Qeyd edək ki, “Aleksandriya” iki oyunun nəticəsinə görə “Partizan”a 0:6 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.
Namiq HUN
tag: UEFA ,UEFA Konfrans Liqası,Belqrad,Ukrayna,Todaypress.tv,