Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı

Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı
24.06.2026 12:55 Təhlil

Qərbi Azərbaycan İcması  20-ci əsrdə Ermənistan ərazisindən  deportasiya olunmuş və ya qaçqın düşmüş azərbaycanlıların mədəni irsini qorumaq, tarixi yaddaşı yaşatmaq və gələcək nəsillərə ötürmək üçün fəaliyyət göstərən qurumdur.

Göygöldə keçirilən “Qərbi Azərbaycan irsi – Tarixi köklərə qayıdış” festivalı da məhz bu çərçivədədir. Bu festivala barmaq uzadan bu dəfə İranlı ekspertlərdir.

Xüsusilə İran siyasi həyatında müəyyən rola sahib Ehsan Movahedian kimi şəxslər isə bu mövzuda Azərbaycan əleyhinə kəskin mövqe tutmağa başlayıb.

Bu ifrat şər kampaniyası təəccüblü deyil. İranın regional siyasətində Ermənistanla strateji əlaqələr önəmlidir – Zəngəzur dəhlizi, Türkiyə-Azərbaycan birliyi və Azərbaycanın güclənməsi Tehran üçün narahatlıq yaradır. Ona görə də onlar İranın daxili auditoriyası və erməni lobbisi üçün nəzərdə tutulmuş təbliğatlarla Azərbaycanın mədəni tədbirlərini “qondarma” və “təhlükəli” kimi göstərməyə çalışırlar.

Azərbaycanlılar yüz illər boyu bu ərazilərdə yaşayıb, mədəniyyət yaradıblar. Sovet dövründə və ondan əvvəlki dövrlərdə sistemli etnik təmizləmə siyasəti nəticəsində oradan çıxarılıblar. Festivalda alaçıqlar, adət-ənənələr, tarixi abidələrin təqdimatı – bunlar məhz yaddaşın bərpasıdır.

Biz 1990-cı illərdə itirdiyimiz torpaqları (Qarabağ və ətraf rayonlar) azad etdik, indi isə sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə məşğuluq.

Prezident İlham Əliyevin son illərdəki bəyanatları da bunu təsdiqləyir – Azərbaycan yeni müharibə istəmir, amma öz hüquqlarını da qoruyur.  Azərbaycan öz haqqını beynəlxalq hüquq çərçivəsində qoruyur və heç kimin torpağına göz dikmir.

Amma öz tarixi torpaqlarımızda yaşamış əcdadlarımızın irsini də unuda bilmərik.

Jalə Rövşən

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər