Xankəndinin nüfuzu bir daha dünyaya çatdırılır!

Təhlil

03.07.2025 16:05

“Xankəndi şəhərində beynəlxalq səviyyəli tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Növbəti dəfə bütün dünyaya bəyan edilir ki, Xankəndi Azərbaycan şəhəridir və hər zaman belə olacaq”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, bu ərazilər Ermənistanın işğalı altında olduğu zaman da BMT tərəfindən Azərbaycanın ərazisi olaraq tanınıb:

“Ermənilər qlobal məkanda uydurma iddialarla apardıqları kampaniya ilə tamamilə fərqli situasiya yaratmaq istəyirdilər. Bütün bunlar boşa getdi və Azərbaycan öz hədəfinə çatdı, ərazi bütövlüyünü bərpa etdi. İndi Azərbaycan beynəlxalq tədbirlərin bəzilərini məhz Xankəndidə keçirir. Bununla da bu şəhərin Azərbaycan üçün əhəmiyyətini bütün dünyaya mesaj olaraq göndərir. Rəsmi Bakı bu şəhərin inkişafına və beynəlxalq səviyyədə tanınmasına xüsusi önəm verir. İstənilən beynəlxalq tədbirin Xankəndidə keçirilməsi Azərbaycanın həm siyasi, həm də milli maraqlarına tamamilə uyğudur. Azərbaycan dövləti çox uğurlu və doğru yanaşma ilə bu məsələni ön planda saxlayır və xüsusi həssaslıqla yanaşır. Yaxın gələcəkdə Azərbaycanın ermənilər tərəfdən vəhşicəsinə dağıdılmış digər şəhərləri də bərpa olunduqca, analoji beynəlxalq tədbirlərin keçirilməsi ardıcıl xarakter daşıyacaq”.

Qeyd edək ki, 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır.  

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Xankəndi,Nüfuz,Todaypress.tv,

photo