Pezeşkianın İrəvana səfər gözlənilir: Hansı mesajlar veriləcək?
Təhlil
05.06.2025 17:57
İran prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistanın paytaxtı İrəvana rəsmi səfər edəcəyi gözlənilir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Politoloq Elxan Şahinoğlu gözlənilən səfərlə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, Pezeşkianın Bakı səfərindəki çıxışları, xüsusilə Azərbaycan dilində "Heydərbabaya salam" şeirini səsləndirməsi diqqət çəkib. Lakin ekspertin fikrincə, İran Prezidentinin İrəvanda eyni mövqedən çıxış etməsi mümkün deyil.
"İrəvanda Pezeşkianın daha çox mehriban qonşuluq, iqtisadi əməkdaşlıq və regional sabitlik mövzularına toxunacağı gözlənilir. Onun Ermənistanla bağlı söyləyəcəkləri təkcə Bakıdan deyil, həm də Təbriz və Ərdəbildən diqqətlə izləniləcək", – deyə Elxan Şahinoğlu vurğulayıb.
Səfərin dəqiq tarixi hələ açıqlanmasa da, bu, Cənubi Qafqazda İranın xarici siyasət prioritetlərinə dair mesajları ehtiva edə bilər.
Qeyd edək ki, Məsud Pezeşkian Cənubi Qafqaz ölkələri arasında ilk səfərini Azərbaycana edib.
Türkan İsgəndərli
tag: Pezeşkian,Ermənistan,Paşinyan,Azərbaycan,todaypress.tv,