Pəhləvilər yenidən gəlir?
Təhlil
18.06.2025 17:19
"Rza Pəhləvinin ciddi siyasi fəaliyyəti olmayıb".
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə danışarkın deyib.
Ekspert Rza Pəhləvinin özünü hökmdar elan etməsindən bəhs edib:
"O, hakimiyyət üzü görmədi, çünki 17 yaşı olanda atası devrildi. İranda hakimiyyət devrilsə də, sürgündə özünü hökmdar elan etdi və 1980-ci ildə Misirdə tacqoyma mərasimi keçirildi. Lakin ciddi dəstək ala bilmədi, hətta bir müddət sonra hökmdar titulunu istifadə etmədi. Ümumilikdə Rza Pəhləvinin ciddi siyasi fəaliyyəti olmayıb. 16 yaşından təhsil almaq üçün xaricə gedib və bir daha İranı görməyib.
Hazırda 60 yaşını ötmüş birindən bəhs edirik ki, ömrünün mütləq əksəriyyəti İranda olmayıb. Sadəcə belə dönəmlərdə önə çıxır, fikirlər səsləndirir. Açıq demək lazımdır ki, hələ İranda rejim dəyişikliyi ilə bağlı nəsə gözlənilmir".
Analitik bildirib ki, İranda Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi istənilmir.
"1979-cu ildəki inqilab Pəhləvilərə qarşı olmuşdu. Nəticə etibarı ilə İranda İslam Respulikası quruldu. Keçmiş inqilabçılar, hazırda İslam Respublikasına müxalif olan qüvvələr belə Pəhləvilərin yenidən gəlişini arzulamırlar. Onların sadəcə kiçik şahpərəst qüvvələr arasında nüfuzu var. Rza Pəhləvi İranda hakimiyyəti ələ ala biləcək qüdrətdə deyil",- deyə o diqqətə çatdırıb.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,İran,Rza Pəhləvi,Todaypress.tv,
