Ekspert: "Cinayətkarların cəzalandırılması Azərbaycan–Rusiya etimadını gücləndirə bilər"
Təhlil
02.10.2025 14:24
Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı istintaqın Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən birgə aparıldığını bildirib.
O
qeyd edib ki, işin istintaqının məntiqi nəticəyə çatacağına ümid edirlər.
Məsələni TodayPress TV-yə şərh edən siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan
baş prokurorunun jurnalistlər üçün verdiyi açıqlama, Rusiya tərəfindən Azərbaycan
təyyarəsinin vurulması ilə bağlı uzun müddət davam edən susqunluq və bu məsələ
ilə əlaqədar səsləndirilən ziddiyyətli, reallığı tam əks etdirməyən bəyanatlar
fonunda bəlkə də irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilə bilər.
Onun
sözlərinə görə, söhbət Azərbaycan təyyarəsinin vurulması və qəza enişi etdiyi
ölkənin istintaq qurumlarının iştirakı ilə bu hadisənin birgə araşdırılması ilə
bağlıdır ki, bu da belə bir ümid yaradır:
"Rusiya
nəhayətdə gerçək cinayətkarların cəzalandırılması üçün özündə qətiyyət tapacaq
və günahsız insanların ölümünə səbəb olan şəxsləri cəzalandıracaq. Belə olduğu
halda isə Rusiya tərəfi son bir ildə gərginləşən Azərbaycan–Rusiya münasibətlərində
yenidən etimadın formalaşmasına öz töhfəsini verəcəkdir".
Jalə
Rövşən
tag: Ekspert,Rusiya,Təyyarə,Azərbaycan,Todaypress.tv,
