Hindistan-Pakistan gərginliyi davam edir: “Sabitliyin yaranacağını gözləmək sadəlövhlükdür” - POLİTOLOQ
Təhlil
06.08.2025 14:31
“Hindistanla Pakistan arasında qarşıdurma və gərginliyin artması halları tez-tez baş verir”.
Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə danışarkən deyib.
O xatırladıb ki, 4 ay əvvəl Hindistanla Pakistan arasında baş vermiş gərginlik daha geniş miqyaslı idi və qısa müddət ərzində hər iki tərəf ciddi itkilərə məruz qalmışdı.
“İki ölkə arasında Kəşmir məsələsi, dini və milli ayrı-seçkilik mövcud olduğu müddətcə, bu cür hallar davam edəcək. Uzun müddət belə hadisələrin şahidi olacağıq. Orada sabitliyin yaranacağını gözləmək sadəlövhlük olar".
Analitik hesab edir ki, birbaşa əhalinin yaşadığı ərazilərdə referendum keçirilməli, nəticədə hansı mövqe daha çox insan tərəfindən dəstəklənirsə, qərar həmin istiqamətdə verilməlidir.
Qeyd edək ki, avqustun 5-də Hindistanla Pakistan arasında atəşkəs yenidən pozulub. Atışma 15 dəqiqə davam edib. İlkin məlumata görə, hər iki tərəfdə itki yoxdur.
Aysel Mətləb
tag: Samir Hümbətov,Politoloq,Pakistan,Hindistan,Todaypress.tv,
