Bakıya səfər yenidən gündəmdə: Netanyahudan XƏBƏR VAR

Təhlil

05.06.2025 12:45

“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu həm məzmun, həm də ruh etibarı ilə pozitiv məktubdur. Bu, Azərbaycana olan xüsusi münasibəti göstərir”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib:

O, əlaqələrin inkişafından danışıb:

“Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq inkişaf etməkdədir. Bu, hər iki tərəfin marağına uyğundur. Eyni zamanda Azərbaycan Pakistan-Türkiyə münasibətlərinin normallaşması üçün də öz töhfəsini verir. Azərbaycanın təşəbbüsü ilə Bakıda artıq 2-ci dəfə İsrail və Türkiyə nümayəndələrinin görüşləri keçirildi. Bu da iki ölkə arasında münasibətlərin normallaşmasına pozitiv təsir edəcək amil sayıla bilər. Netanyahunun da marağı ondan ibarətdir ki, Azərbaycanla olduğu kimi Türkiyə ilə də münasibətlər normallaşsın. Bu, onun özünün həm siyasi, həm də beynəlxalq münasibətlər baxımından maraqlarına uyğundur”.

Ekspert ötən ay təxirə salınan görüşə toxunub:

“May ayı üçün planlaşdırılan görüş müəyyən səbəblərdən təxirə salınsa da, Azərbaycan Netanyahunun səfərinə hazırdır. Onun səfəri ölkə liderlərinin iş qrafikindən asılı olacaq”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu iyunun 2-də 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qiymət Mahir

tag: Oqtay Qasımov,Politoloq,Netanyahu,Azərbaycan,Todaypress.tv,

photo