Azərbaycan Çinin mövqeyini dəstəkləyir: "Ərazi bütövlüyü əsasdır"
Təhlil
01.09.2025 17:23
"Azərbaycanın Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olmasının yetərli səbəbləri var".
Siyasi ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, keçmiş Qarabağ münaqişəsi zamanı Çinin sərgilədiyi mövqeni xatırladıb:
"Keçmiş Qarabağ münaqişəsi zamanında BMT-nin beş daimi üzvündən biri olan Çinin mövqeyi Azərbaycanın suverenliyini tanımaq istiqamətində olub. Ərazi bütövlüyümüzü təmin etdik, yalnız tariximizə ləkə kimi düşmüş işğal dövrünü unutmamalıyıq. Ərazi bütövlüyü dövlətlərin milli maraqlarını təşkil edən əsas ünsürdür, onu pozmaq olmaz. Azərbaycan da prosesə bu nöqteyi-nəzərdən yanaşır. Bu səbəbdən Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəkləyir".
Qeyd edək ki, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü zamanı bildirib ki, Azərbaycan Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəkləyir və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olub.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Tayvan,Çin,Todaypress.tv,Şərh,