ABŞ Ukrayna münaqişəsində Rusiyaya güzəştə gedir? – ŞƏRH
Təhlil
03.07.2025 17:57
"The Economist" kimi nəşrin ABŞ-nin Ukraynaya bütün silah tədarükünü dayandırdığını yazması kifayət qədər ciddiyə alınmalıdır".
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib.
O, izah edib ki, bu, ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya tərəfi ilə apardığı danışıqların fonunda baş verə bilər:
"ABŞ yardımı kəsmək qarşılığında Rusiyadan hansısa güzəşt tələb edə bilər. Lakin silah verilməsinin tamamilə dayandırılması real səslənmir. Sadəcə müəyyən silahlara məhdudiyyət qoyula bilər. Böyük ölçüdə silah tədarükü davam etdiriləcək. Hazırda ABŞ-nin Ukraynaya göndərdiyi silahların arasında elə silah növləri var ki, Rusiya üçün ciddi problemlər yaradır. Onlar taktiki silahlardır və Ukraynaya imkan verir ki, Rusiyanın dərinliklərinə zərbələr endirsin. Ola bilər ki, ABŞ bu silahların verilməsini bir qədər dondursun. Müdafiə silahlarının verilməsinin dayandırılacağını isə düşünmürəm. Hazırda ABŞ və Rusiya arasında çox kəskin münaqişə hökm sürür. Belə olan halda ABŞ-nin Rusiyaya bu qədər güzəştə gedəcəyini düşünmək sadəlövlük olar".
Qeyd edək ki, "The Economist" ABŞ-nin Ukraynaya bütün silah tədarükünü dayandırdığını yazıb.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Rusiya,Ukrayna,Todaypress.tv,
