Acı xatirələrlə bitən vasitəçilik: Minsk qrupunun son günləridir - ŞƏRH

Təhlil

23.08.2025 13:30

"ATƏT-in Minsk qrupunun bizə müsbət istiqamətdə təsiri yoxdursa, niyə onu vasitəçi olaraq görməliyik?"

Politoloq Samir Hümbətov bunu Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı vurğuladığı fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib.

Analitikin fikrincə, Azərbaycan prezidentinin dediyi sözlər həm siyasi, həm də hüquqi baxımdan mövcud vəziyyəti əks etdirir:

"ATƏT-in Minsk qrupu sadəcə Ermənistana və Azərbaycana qarşı təzyiq aparatı kimi saxlanılırdı. Nə 28 illik müddət ərzində, nə də ondan sonrakı mərhələdə onların məqsədi münaqişəni həll etmək idi, əksinə, Azərbaycana və Ermənistana təsir edərək münaqişəni uzatmaq istəyirdilər. Azərbaycan da başa düşür ki, formal xarakter daşıyan bu qurumun saxlanılması yalnız məsələnin qəlizləşdirilməsinə xidmət edirdi".

Siyasətçi bildirib ki, Minsk qrupu artıq keçmişdə qalıb və bu keçmiş, yaxşı yox, acı xatirələrlə yaddaşlarda qalacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir.

“Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”, - dövlətimizin başçısı vurğulayıb.

 Aysel Mətləb

tag: Samir Hümbətov,Politoloq,ATƏT,Minsk,Qrup,Ləğv,Açıqlama,Todaypress.tv,

photo