Azərbaycanda Türkiyənin hərbi bazası yaradılacaq? – Ramiz Yunus AÇIQLADI

Təhlil

01.07.2025 10:16

“Rusiyanın postsovet məkanındakı bütün qonşularına qarşı yürütdüyü aqressiv siyasət 2008-ci ilin avqustunda Gürcüstana, 2014-cü ildən başlayan, bu günədək davam edən Ukraynaya qarşı təcavüzü müasir dünyanın “cəngəllik qanunları” ilə yaşadığını açıq şəkildə göstərir”.

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb. 

Analitik düşünür ki, bütün bunları nəzərə aldıqda, Azərbaycanda güclü Türkiyə hərbi bazasının yaradılması ilə bağlı siyasi qərar verilməlidir:

“Kremlin göstərişi ilə başlanan anti-Azərbaycan isteriyası və buna bənzər hücumun qonşu İranda da müşahidə olunması onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış "Şuşa Bəyannaməsi"ni real müstəviyə keçirmək üçün ölkə ərazisində güclü Türkiyə hərbi bazasının yaradılması ilə bağlı siyasi qərar verməyin vaxtı çatıb.

Əminəm ki, belə bir qərar həm Moskvada, həm də Tehranda Azərbaycanın düşmənlərini dərhal reallığa qaytaracaq. Bununla yanaşı, Azərbaycan ərazisində Pakistanın hərbi-hava bazasının yaradılması məsələsinin də nəzərdən keçirilməsi faydalı olardı”.

Politoloq sonda böyük Çin mütəfəkkiri, filosof Sun Tzunun “Döyüşmədən düşməni məğlub etmək  döyüş sənətinin zirvəsidir” sözlərini xatırladıb. 

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Hərbi Baza,Todaypress.tv,