ABŞ-nin Zəngəzur dəhlizi planı niyə uğursuz ola bilər? – AÇIQLANDI
Təhlil
21.07.2025 16:51
“ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi ilə bağlı aparılan danışıqların uğursuzluqla nəticələnmə ehtimalı 60% səviyyəsində qiymətləndirilməsinin əsas səbəbi odur ki, məsələ ilə bağlı Azərbaycanın hələ ki razılığı yoxdur. Eyni zamanda Türkiyə də bu məsələdən xəbərsiz olduğunu bəyan edib, Rusiya isə açıq şəkildə bu təşəbbüsə qarşıdır”.
Siyasi eskpert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, ABŞ-nin Ermənistan vasitəsilə bu istiqamətdə mövqe ortaya qoyması, dəhlizin Amerika patronajlığı ilə açılacağı və 100 illik icarəyə veriləcəyi anlamına gəlmir:
“Bildirilir ki, danışıqların pozulması layihənin həyata keçirilməsini 12–18 ay müddətində təxirə sala bilər. Danışıqların ABŞ-nin irəli sürdüyü şərtlərlə həyata keçməyəcəyi artıq bəllidir. Bəlkə də bu səbəbdən yaranan gecikmələr müəyyən dairələr tərəfindən əsaslandırılmağa çalışılır. Hesablasaq, qarşıdakı 12–18 ay ərzində Ermənistanda seçkilərin keçirilməsi gözlənilir”.
Qeyd edək ki, “Forbes” nəşrinin məlumatına görə, ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi ilə bağlı aparılan danışıqların uğursuzluqla nəticələnmə ehtimalı 60% səviyyəsində qiymətləndirilir. Nəşr qeyd edib ki, danışıqların pozulması layihənin həyata keçirilməsini 12–18 ay müddətində təxirə sala bilər.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,ABŞ,Zəngəzur,Todaypress.tv,
