Yolların kənarına yığılmış yağış suları kənarlaşdırıldı

Sosial

05.04.2026 13:41

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Hazırda Heydər Əliyev prospektində işlər görülür.

Bu barədə TodayPress TV-yə ADSEA-dan məlumat verilib.

Məlumata görə, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

TodayPress TV

tag: ADSEA,Bakı,Küçə,Su,Todaypress.tv,