Güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü yağış yağacaq - XƏBƏRDARLIQ
04.09.2026 16:23 Sosial

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə TodayPress TV-yə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. 

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər