Bakının bu iki ərazisində qaz olmayacaq

Bakının bu iki ərazisində qaz olmayacaq
09.09.2026 21:17 Sosial

Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində sentyabrın 10-da qaz təchizatı dayandırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər