2026-cı ildə haqsız rəqabətlə bağlı 23 işə xitam verilib

2026-cı ildə haqsız rəqabətlə bağlı 23 işə xitam verilib
10.09.2026 11:59 Sosial

"2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb".

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev deyib.

Bildirilib ki, araşdırmaların 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları üzrə aparılıb.

"Araşdırmalar nəticəsində 23 işə xitam verilib. Xitam verilən işlərdən 18-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 5-i isə digər haqsız rəqabət halları ilə bağlı olub".

Şöbə müdiri həmçinin qeyd edib ki, 14 təsərrüfat subyekti aşkar edilmiş pozuntuları könüllü olaraq aradan qaldırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər