Türkmənistan Zirvəsi Türk dünyasının birliyinə yeni nəfəs verdi - Bahar Muradova yazır…

Türkmənistan Zirvəsi Türk dünyasının birliyinə yeni nəfəs verdi - Bahar Muradova yazır…
24.08.2025 14:00 Siyasət

Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir.

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yazıb. 

2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri sadəcə diplomatik və strateji gündəmlə məhdudlaşmadı. Bu səfər, həmçinin türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti bariz nümunəsi oldu.

Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı:

Bu sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir.

Bu razılaşmalar Türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Azərbaycanın təşəbbüsləri ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirməklə yanaşı  regional sabitliyə də böyük töhfə verir.

Xüsusilə qeyd etmək lazımdır ki,hər gün bir az daha güclənən  birliyimizin sarsılmaz dayağı  daha dərin və güclü bir reallığa– ortaq ruhumuz, mədəniyyətimiz və mənəviyyatımıza bağlıdır.  

Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və eyni mədəniyyət mühitindən qidalanıblar.

Bu gün biz rəsmi sənədlərə imza atırıq, amma  bizi birləşdirən tarixdə daşlaşmış imzalar  – Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə iz qoyub. Bizim xalqlarımız Novruzu birlikdə qeyd edib, qurban bayramında eyni dua ilə birləşib, eyni naxışla xalçalar toxuyub, eyni dastanları dinləyərək böyüyüb. Biz bu ortaq yaddaş üzərində formalaşan və yalnız zamanın yaratdığı fürsətləri vaxtında dəyərləndirən  strateji tərəfdaş  deyil  həm də bir-birinə qırılmaz tellərlə bağlı böyük bir AİLƏYİK.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir.” Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi,  siyasi  mədəni və tarixi baxımdan münasibətlərimizi yeni bir müstəviyə daşıyır.

İmzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir Türk dünyası miras qoymaq üçündür. Bu birlik həm bizim gücümüzdür, həm də məsuliyyətimiz. 

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına  uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan  və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.

Əminliklə söyləmək olar ki bu təməl üzərində yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir. 


XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər