Sabiq səfirlərdən MÜRACİƏT: “Cənubi Qafqazda daha fəal işləmək lazımdır”
Siyasət
14.08.2025 17:54
"ABŞ-nin Azərbaycandakı sabiq səfirləri Riçard Morninqstar və Robert Sekuta administrasiyaya müraciət edərək, 8 avqustda Vaşinqtonda keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların icrasını uzatmamağı və Cənubi Qafqazda daha fəal işləməyi tövsiyə ediblər".
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, sammitin qərarlarını uzatmaq təhlükəlidir. İran və Rusiyadakı mühafizəkar dairələr Vaşinqton razılaşmalarının yerinə yetirilməsini əngəlləmək üçün planlar qurmağa başlayıblar. Bu onların təxribatçı açıqlamalarından da anlaşılır.
"Amerikalı diplomatların birgə müraciətində “ABŞ administrasiyası eyni zamanda, ABŞ Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək yeni nəqliyyat marşrutlarının potensialını tam reallaşdırmalıdır” cümləsi də diqqətçəkəndir. Bu ABŞ-nin Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bölgəsində, o cümlədən Mərkəzi Asiyada möhkəmlənməsinin vacibliyindən xəbər verir. Ağ Ev dəhliz vasitəsilə Mərkəzi Asiyanın zənginliklərinə çıxış imkanı qazanacaq. Bu, eyni zamanda həmin bölgədəki ölkələrin də siyasi və iqtisadi maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri Rusiya və Çindən iqtisadi asılılıqlarını azaltmağa çalışırlar. Zəngəzur dəhlizindən istifadə onlara bu imkanı təqdim edəcək", - deyə ekspert bildirib.
Qiymət Mahir
tag: Elxan Şahinoğlu,Politoloq,Səfir,Müraciət,Todaypress.tv,
