Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə bildirib.
"Bizim Azərbaycanla bir sıra konkret istiqamətlər üzrə danışıqlarımız var. Hələlik bu barədə danışmağı tez hesab edirəm, lakin bu, ilk növbədə energetikaya aiddir. Prezident Əliyevlə görüşəcəyik və bütün bunlar barədə mütləq danışacağıq", – deyə Putin qeyd edib.
Aysel Mətləb