Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü
21.06.2025 15:32 Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşü olub.

TodayPress TV xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

Görüş iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq, regional və qlobal hadisələr, xüsusilə də İsrail-İran eskalasiyası və Azərbaycan arasında genişlənmiş strateji müttəfiqliyin perspektivlərini müzakirə ediblər.

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər