Yeniyetməlikdə siqaret çəkmək ölüm riskini ikiqat artırır
Sağlamlıq
22.09.2025 19:00
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yeniyetməlik dövründə siqaret çəkməyə başlamaq bu zərərli vərdişin nəticəsində ölüm riskini ikiqat artırır.
TodayPress TV xəbər verir ki, siqaret insan ömrünü orta hesabla 20 il qısaldır.
Aparılan araşdırmalara görə, ağciyər xərçəngi hallarının 90 faizi siqaretlə birbaşa əlaqəlidir. Tüstü qırtlaq, boğaz, ağız boşluğu, dil və yemək borusuna ciddi ziyan vurur. Siqaret ürək-damar sisteminə də mənfi təsir göstərir. Nikotin və karbonmonoksit qan damarlarını zədələyir, damar tıxanmasına və spazmlara səbəb olur. Nəticədə isə infarkt riski artır və sağ qalma ehtimalı azalır.
Siqaret mədə-bağırsaq sisteminin işini də pozur, xora riskini artırır. Eyni zamanda, dərinin vaxtından əvvəl qocalmasına və kosmetik prosedurların təsirinin azalmasına səbəb olur. Uzunmüddətli siqaret istifadəsi beyində xroniki oksigen çatışmazlığı yaradır və sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərir.
Mütəxəssislər xüsusilə gəncləri siqaretdən uzaq durmağa və bu vərdişin fəsadları barədə məlumatlı olmağa çağırırlar.
Türkan İsgəndərli
tag: Ömür,Həyat,Sağlamlıq,Siqaret,Todaypress.tv,
