Səhər yeməyini gecikdirməyin zərərləri

Sağlamlıq

17.10.2025 19:30

Endokrinoloqlar xəbərdarlıq edirlər ki, səhər yeməyinin gecikdirilməsi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, oyanandan sonra insan orqanizmində stress hormonu - kortizol səviyyəsi yüksəlir və bu göstərici təxminən saat 9-a qədər ən yüksək həddə çatır.

Daha sonra isə tədricən azalır. Əgər bu vaxta qədər səhər yeməyi qəbul edilməzsə, orqanizm aclığı stres kimi qəbul edir və kortizol səviyyəsinin enməsinə imkan vermir. Bu isə uzunmüddətli perspektivdə maddələr mübadiləsinə, hormonal balansın sabitliyinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssislər orqanizmin bioloji ritminə uyğun olaraq oyanışdan sonra qısa müddət ərzində yüngül, balanslaşdırılmış səhər yeməyi qəbul etməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Səhər yeməyi,Hormon,Xoşbəxtlik,Stress,Todaypress.tv,