Vətəndaşlar il ərzində 90 fizioterapevtik xidmətdən istifadə edə bilərlər

Sağlamlıq

21.06.2025 14:30

“İcbari tibbi sığorta sistemində göstərilən xidmətlərin planlı və səmərəli şəkildə təşkil edilməsi məqsədilə müəyyən limitlər tətbiq olunur”. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bunu TodayPress TV-yə verdiyi açıqlamada bildirib. 

Onun sözlərinə görə, fizioterapiya xidmətləri üzrə tətbiq olunan limit vətəndaşın il ərzində bu xidmətdən maksimum istifadəsini tənzimləyir. 

“Bir şəxs il ərzində fizioterapiya məqsədilə tibb müəssisəsinə ən çox 30 dəfə müraciət edə bilər. Hər bir müraciət zamanı isə 3 fizioterapevtik tibbi xidmətin göstərilməsi nəzərdə tutulur. Vətəndaş il ərzində ümumilikdə 90 fizioterapevtik xidmətdən yararlana bilər”.     

Şöbə müdiri əlavə edib ki, fizioterapiya kimi planlı və mərhələli müalicə tələb edən sahələrdə belə limitlər həm pasiyentin bərpa prosesini sistemli şəkildə izləməyə, həm də xidmətin məqsədli və effektiv istifadəsinə şərait yaradır.   

Töhfə Səməd

tag: Leyla Lətifova,TƏBİB,Vətəndaşlar,Fizioterapiya,todaypress.tv,