Qocalığın sirri tapıldı: T-hüceyrələr orqanizmi “gənc” saxlaya bilər

Sağlamlıq

30.10.2025 19:15

Yaş artdıqca immun sistemindəki T-köməkçi hüceyrələr funksional dəyişikliklərə məruz qalır və bu dəyişikliklər insanın bioloji yaşını göstərə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə nəticələr “Nature Aging” jurnalında dərc olunub.

Araşdırma göstərib ki, bəzi T-köməkçi hüceyrələr qocalmış hüceyrələri məhv edə bilir. Alimlər bu hüceyrələrin sayının 100 yaşdan yuxarı sağlam insanların orqanizmində daha çox olduğunu müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələrin azalmasının qocalmanı sürətləndirdiyi, artmasının isə sağlamlığı qoruduğu müşahidə olunub.

Tədqiqatçılar 30 yaşdan sonra bu hüceyrələrin səviyyəsini izləməyin vacib olduğunu bildirirlər. Onların fikrincə, qocalmanı ləngitmək üçün güclü immun sistemi deyil, balanslı və yaşa uyğun fəaliyyət göstərən immun sistemə malik olmaq əsasdır.

Jalə Rövşən

TodayPress TV

tag: Qocalıq,T-köməkçi hüceyrələr ,Tədqiqa, İmmun sistemİ,Todaypress.tv,