Yeni arıqlama metodu tapıldı
Sağlamlıq
21.10.2025 19:30
Böyük Britaniyada aparılan klinik sınaqlar yeni arıqlama həbinin ümidverici nəticələr verdiyini göstərib.
TodayPress TV xəbər verir ki, araşdırmaya əsasən, preparat hormonal müdaxilələr və ciddi pəhrizlər tələb etmədən altı ay ərzində bədən çəkisini orta hesabla 13,5 faiz azaltmağa kömək edib.
Mütəxəssislərin sözlərinə görə, həb təhlükəsiz ikili polimer materialdan hazırlanmış hidrogel əsaslı mexanizmə malikdir. Tableti qəbul etdikdən sonra maddə mədədə genişlənərək dolğunluq hissi yaradır və bu, gündə təxminən 400 kalori az qəbul etməyə imkan verir.
Tədqiqat müəllifləri bildiriblər ki, preparatın yan təsirləri minimal olub və hormonal sistemə müdaxilə etmir. Bu xüsusiyyətinə görə, o, hazırda istifadə edilən inyeksiya əsaslı arıqlama vasitələrinə təhlükəsiz alternativ hesab edilir.
Yeni preparatın piylənmədən əziyyət çəkənlərdə çəki azalmasına, həmçinin hormon terapiyasını dayandırdıqdan sonra çəki artımının qarşısının alınmasına kömək edə biləcəyi vurğulanır.
Türkan İsgəndərli
tag: Britaniya,Arıqlama,Dərman,Pəhriz,Todaypress.tv,
