Qocalmağı ləngidən qidalar açıqladı

Sağlamlıq

28.06.2025 19:00

Antioksidantlar və iltihabəleyhinə maddələrlə zəngin olan qidalar sağlamlığın qorunmasında və yaşlanma prosesinin yavaşladılmasında mühüm rol oynayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Aif.ru" portalı məlumat yayıb.

Bildirilib ki, yaşla bağlı dəyişiklikləri ləngidən əsas qidalar arasında giləmeyvələr — qaragilə, moruq və çiyələk xüsusi yer tutur. Bu meyvələr tərkibindəki antosianlar və digər güclü antioksidantlar sayəsində hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur, dərinin və beynin gəncliyini saxlamağa kömək edir.

Həmçinin yaşlanmaya qarşı mübarizədə aşağıdakı qidaların da rasiona daxil edilməsi tövsiyə edilib: yaşıl çay, müxtəlif çərəzlər (badam, qoz, braziliya qozu), avokado, yağlı balıq növləri (losos, sardina), yarpaqlı göyərtilər (ispanaq, kale kələmi), zeytun yağı, kətan, çia və günəbaxan toxumları.

Əlavə edilib ki, tərkibi antioksidantlar, vitaminlər və faydalı yağlarla zəngin, təsdiqlənmiş məhsulların qidalanma rejiminə daxil edilməsi təkcə yaşlanmanı yavaşlatmır, həm də xroniki xəstəliklərin yaranma riskini azaldır, nəticədə istənilən yaşda keyfiyyətli və aktiv həyat təmin olunur.

Töhfə Səməd

tag: Antioksidantlar ,İltihabəleyhinə maddələr,Qida,Sağlamlıq,Yaşlanmaq,