Yaponiyada göy öskürək halları rekord həddə çatdı – Dörd körpə öldü
Sağlamlıq
09.07.2025 19:00
Yaponiyada göy öskürək (pertussis) xəstəliyinə yoluxma halları son həftədə yeni rekord səviyyəyə yüksəlib.
TodayPress TV xəbər verir ki, Yaponiya Səhiyyə Təhlükəsizliyi İnstitutunun açıqladığı məlumata görə, iyunun 29-na qədər olan bir həftə ərzində ölkə üzrə 3.353 yeni yoluxma faktı qeydə alınıb.
Bu, 2018-ci ildən tətbiq edilən hazırkı müşahidə metodikasına əsasən ən yüksək göstəricidir.
İnstitutun ilkin məlumatlarına əsasən, 2025-ci ilin əvvəlindən bəri 39.672 nəfər göy öskürəyə yoluxub. Müqayisə üçün: 2024-cü ildə bu göstərici cəmi təxminən 4.000 nəfər idi.
Statistikaya görə, aprel ayından bəri həftəlik yoluxma sayı 1.000 nəfəri keçməkdədir.
Göy öskürək kəskin yoluxucu tənəffüs yolu infeksiyasıdır və xüsusilə şiddətli öskürək tutmaları ilə müşahidə olunur. Xəstəlik körpələrdə ağciyər iltihabı, beyin pozuntuları kimi ağırlaşmalara və ölüm riskinə səbəb ola bilər.
Qiymət Mahir
tag: Yaponiya,Göy öskürək,Xəstəlik ,Yoluxma,Todaypress.tv,