AI epilepsiyalı uşaqlarda gizli beyin zədələrini aşkarladı
Sağlamlıq
01.10.2025 19:00
Avstraliyalı tədqiqatçılar epilepsiya xəstəsi uşaqlarda həkimlərin görə bilmədiyi çox kiçik beyin anomaliyalarını aşkarlaya bilən süni intellekt aləti hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Melburn Kral Uşaq Xəstəxanasından pediatrik nevroloq Emma Macdonald-Laursun rəhbərlik etdiyi tədqiqat qrupu bildirib.
Epilepsiyanın müxtəlif səbəbləri olsa da, bu cür halların təxminən 30%-i beyindəki struktur anormallıqla əlaqələndirilir. Ancaq bu zədələr, xüsusilə də beynin qatlanmış sahələrinin dərinliklərində gizlənmiş olduqda çox vaxt MRT görüntülərində aşkar edilə bilmir.
Tədqiqatçılar uşaq beyin görüntüləri üzərində süni intellekt modeli təlimləndirərək qaragilə böyüklüyündə və daha kiçik lezyonları aşkara çıxarmağı bacarıb.
“Bu zədələr tez-tez gözəgörünməz qalır və bir çox uşaq cərrahi müdaxilə namizədləri arasına daxil edilmir. Bu süni intellekt aləti epilepsiya mütəxəssislərinin yerini tutmur, lakin müalicə prosesini sürətləndirir”, - deyə mütəxəssislər bildiriblər.
Aysel Mətləb
tag: Epilepsiya,Uşaqlar,Gizli beyin,Zədə,Todaypress.tv,
