TƏBİB: "Tibb sahəsində hələ tam olaraq süni intellektdən istifadə olunmur"

Sağlamlıq

20.06.2025 11:25

“Tibb sahəsində hələ tam olaraq süni intellektdən istifadə olunmur”. 

TodayPress TV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Qobustan RMX-də keçirilən mediatur çərçivəsində məlumat verib. 

Onun sözlərinə görə, vətəndaşları maraqlandıran əsas məsələ onların sürətli formada xidmət alıb, xəstəxanadan ayrılmasıdır. Bu istiqamətdə də TƏBİB tərəfindən işlər həyata keçilir. 

“Hazırda vətəndaşların tibb müəssislərinə müraciəti üçün elektron növbə sistemi üzərində çox sürətli işlər gedir. Hazırda ölkə üzrə TƏBİB tabeliyində olan 20-dən çox tibb müəssisində elektron növbə sistemi artıq fəaliyyətdədir. Orada elektron monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə insanlar növbə götürə və rahatlıqla xəstaxanada işlərini tamamlaya bilirlər”. 

O qeyd edib ki, bu istiqamət üzrə işlər davam edir. Hazırda daha 5 müəssisədə elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi üçün son işlər gedir.

Töhfə Səməd

tag: TƏBİB,Mediatur,Tədbir,Qobustan,Todaypress.tv,