Qaynadılmış kartofu 1 sutka soyuducuda saxlamaq lazımdır - DİETOLOQ MƏSLƏHƏTİ

Sağlamlıq

22.05.2025 18:58

5

Dietoloqlar qaynadılmış kartofun orqanizm üçün daha faydalı olması üçün sadə, lakin effektiv bir üsul təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “20minutos” nəşri məlumat yayıb.

Mütəxəssislər bildirib ki, qaynadılmış kartofun qlikemik indeksi yüksəkdir və o, tərkibində çox miqdarda nişasta saxlayır. Bu isə onu qəbul etdikdən sonra qanda şəkərin səviyyəsində kəskin artımlara səbəb ola bilər. Lakin bu problemi sadə bir üsulla - bişmiş kartofu bir sutka soyuducuda saxlamaqla aradan qaldırmaq mümkündür.

Dietoloqlar izah edib ki, bu müddət ərzində kartofdakı nişasta “rezistent nişasta”ya çevrilir. Bu cür nişasta nazik yox, qalın bağırsaqda sorulur, bu da bağırsaq mikroflorasının yaxşılaşmasına səbəb olur. Bundan əlavə, kartofun qlikemik indeksi aşağı düşür və orqanizm tərəfindən daha asan mənimsənilir.

Bu sadə addımla insanlar kartofun dadından imtina etmədən, onu daha sağlam şəkildə istehlak edə bilərlər.

Töhfə Səməd

tag: Dietoloq,Araşdırma,Kartof,Nişasta,todaypress.tv,