Risk qrupunda olan yüz minlərlə insana xəbərdarlıq: “Vaxt itirməyin”
Sağlamlıq
28.09.2025 09:00
Payız mövsümü ilə birlikdə qrip riski artır. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə risk qrupunda olan yüz minlərlə insan üçün peyvənd vaxtında vurulmazsa, bütün mövsüm boyu ciddi fəsadlarla üzləşmək mümkündür.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Medical Park Karadeniz Xəstəxanasının Sinə Xəstəlikləri Mütəxəssisi, professor Dr. Tevfik Özlü payız mövsümü ilə birlikdə qrip riskinin artdığını bildirib.
Onun sözlərinə görə, sentyabr və oktyabr ayları qrip peyvəndi üçün ən uyğun dövrdür. Peyvəndin qoruyucu təsiri 15-20 gün ərzində formalaşır və 6-7 ay davam edir.
Professor vurğulayıb ki, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar, hamilə qadınlar və müntəzəm aspirin qəbul edən uşaqlar mütləq peyvənd olunmalıdır. O qeyd edib ki, qrip epidemiyaları adətən oktyabr ayında başlayır və vaxtında aparılan peyvənd bütün mövsüm üçün kifayət qədər qorunma təmin edir.
Mütəxəssis əlavə edib ki, qripdən qorunmaq üçün xəstələrlə təmasdan qaçmaq, maskadan düzgün istifadə etmək, qapalı və havasız yerlərdə çox qalmamaq və əl gigiyenasına riayət etmək vacibdir. Bundan başqa, balanslı qidalanma, müntəzəm idman, bol su qəbulu və kifayət qədər yuxu immun sisteminin güclü qalmasına kömək edir.
Jalə Rövşən
tag: Peyvənd ,Payız mövsümü,Qrip,TodayPressTV,