Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi

Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi
23.07.2025 16:56 Sağlamlıq

Yay aylarında qida təhlükəsizliyi ilə bağlı risklər artır. 

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov TodayPress TV-yə açıqlamasında bildirib ki, əsasən ev şəraitində hazırlanan qidalar zəhərlənmələrə səbəb olur: 

“İnsanlar düşünürlər ki, qida evdə hazırlanıbsa, heç bir risk ola bilməz. Ancaq əksinə, ev şəraitində hazırlanan mayonezli salatlar, çiy ətdən hazırlanan yeməklər, kolbasa və sosislər sanitar qaydalara əməl olunmadıqda daha ciddi təhlükə yaradır”. 

Ekspert vurğulayıb ki, ən böyük problemlərdən biri də evdə sanitar normalara riayət olunmamasıdır: 

“Toyuq ətini kəsdiyimiz bıçaqla başqa bir məhsulu doğramaq, eyni kəsmə taxtasından istifadə etmək, çiy və bişmiş məhsulları bir yerdə saxlamaq bakteriya və mikroorqanizmlərin yayılmasına şərait yaradır. Xüsusilə evdə soyuducuların texniki vəziyyəti, məhsulların düzgün yerləşdirilməməsi və temperatur rejiminin pozulması qida zəhərlənmələrinin əsas səbəblərindəndir”.

O əlavə edib ki, süd məhsullarının bişirilmədən istifadəsi, konservləşdirilmiş balıq və kolbasa məhsullarının düzgün saxlanılmaması ciddi risk daşıyır. Bişmiş yeməklərin düzgün qablaşdırılmaması və isidilmə zamanı tam bişməməsi də zəhərlənməyə səbəb ola bilər. 

Mütəxəssis qeyd edib ki, otaq temperaturunda uzun müddət saxlanılan bişmiş yeməklər, düzgün yuyulmayan yumurta, çiy və bişmiş məhsulların soyuducuda eyni səviyyədə yerləşdirilməsi mal qonşuluğunun pozulmasıdır və bu da zəhərlənməni artıran faktorlardandır.

“İnsanlar evdə buz hazırlayır, amma istifadə etdikləri suyun təmiz olub-olmamasına fikir vermirlər. Eyni zamanda, buzun saxlandığı mühitin sanitar vəziyyəti də nəzərə alınmır. Yay aylarında insanlar daha məsuliyyətli davranmalı, sadə sanitar normalara əməl etməli, soyuducu və qida saxlanma şərtlərinə ciddi nəzarət etməlidirlər”, - deyə İlkin Şirinov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Yay mövsümündə zəhərlənməmək üçün nə etməliyik? – Mütəxəssis rəyi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 ABŞ daha bir gəmini sıradan çıxardı 20:16 İlanı vurmaq istədi, 5 nəfəri yaraladı 19:25 İran Hörmüzdə nəzarəti gücləndirdirir - 20 gəmi.. 19:18 Bütün Xəbərlər