İdman zalına gedənlərə VACİB XƏBƏRDARLIQ!

Sağlamlıq

01.10.2025 16:44

İdman sağlam həyat tərzinin əsas şərtlərindən biri hesab olunsa da, tibbi yoxlamadan keçmədən intensiv məşqlərə başlamaq ciddi təhlükə yarada bilər.

Məşqçi Rüstəm Mansurov TodayPress TV-yə açıqlamasında bildirib ki, xüsusilə ürək-damar və ya digər xroniki xəstəlikləri olan şəxslərin həkim məsləhəti olmadan idman dərmanları və stimulyator qəbul etməsi onların həyatını risk altına sala bilər:

“Bəzi insanlar məşqlərdən daha tez nəticə əldə etmək üçün müxtəlif preparatlara üz tuturlar. Amma əgər onların ürək və ya digər gizli xəstəlikləri varsa, bu, çox ağır fəsadlara, hətta qəfil ölümə belə səbəb ola bilər. Ona görə də zal rəhbərləri və məşqçilər üzvlərin ilkin sağlamlıq vəziyyətini öyrənməli, lazım gələrsə həkim rəyi tələb etməlidirlər”.    

Məşqçinin sözlərinə görə, idmançının tibbi göstəriciləri yoxlanılmalı, sağlamlığa uyğun məşq proqramı tərtib edilməli, riskli hallarda həkimlə məsləhətləşmə təmin olunmalıdır. İdman sağlamlıq üçündür, insan həyatı isə hər şeydən vacibdir. Ona görə də hər kəs əvvəlcə öz sağlamlıq vəziyyətini bilməli, sonra məşqə başlamalıdır.   

Türkan İsgəndərli

TodayPress TV

tag: Rüstəm Mansurov,Məşqçi,İdman,Sağlamlıq,Todaypress.tv,