Uşaqlıqda yüksək qan təzyiqi erkən ölüm riskini artırır
Sağlamlıq
08.09.2025 18:15
Təxminən 38 min uşaq üzərində aparılan uzunmüddətli bir araşdırma göstərib ki, erkən yaşlarda yüksək qan təzyiqi, insanın orta yaşa çatmadan infarkt, insult və digər ürək-damar xəstəliklərindən ölmə riskini xeyli artırır.
TodayPress TV xəbər verir ki, tədqiqat Amerika Ürək Assosiasiyasının “Hipertoniya 2025” konfransında təqdim olunub.
Nəticələrə görə, qan təzyiqi yüksək olan uşaqlarda (öz yaş və cinsinə görə ilk 10 faiz arasında olanlar) vaxtından əvvəl ölüm riski 40-50% daha yüksək olub. Hətta orta səviyyədən bir qədər yuxarı qan təzyiqi belə 13-18% daha yüksək risklə əlaqələndirilib.
Alimlər tövsiyə edirlər ki, uşaqlarda artıq 3 yaşdan etibarən qan təzyiqi müntəzəm yoxlanmalı, düzgün qidalanma, fiziki aktivlik və stressin azaldılması erkən yaşlardan tətbiq olunmalıdır.
Türkan İsgəndərli
tag: Təzyiq,Uşaq,İnfarkt,Ölüm,Todaypress.tv,