Maqnit qasırğalarının təsirindən necə qorunmaq olar?
Maqnit fırtınaları zamanı sağlamlıq vəziyyətinin pisləşməsi qan damarlarının vəziyyəti və qan xüsusiyyətləri ilə əlaqələndirilir.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, fırtınalar zamanı həddindən artıq daralmış və ya genişlənə bilən qan damarlarının dəyişməsi səbəbindən ürək-damar xəstəlikləri və arterial hipertansiyonu olan insanlar hava həssaslığından şikayət edirlər.
Qanın viskozitesi və ya laxtalanması da dəyişə bilər və mənfi təsirlərə səbəb ola bilər.
Həkimlər meteohəssas insanlara ehtiyatlı davranmağı, fiziki aktivliyi azaltmağı tövsiyə edirlər.
Xüsusilə həkimlərin təyin etdiyi dərmanları qəbul etmək vacibdir.
Maqnit qasırğalarının təsirindən qorunmaq üçün kifayət qədər yatmaq, kifayət qədər maye içmək və sağlam qida qəbul etmək lazımdır.
Nicat Osman
tag: Maqnit,Dalğa,Günəş,Meteohəssas,Todaypress.tv,