Kliniki depressiya: Vaxtında aşkarlanmasa...
Kliniki depressiya insanın həyat və özünə marağını tamamilə itirməsi ilə xarakterizə olunur. Lakin bu psixi pozuntu erkən mərhələdə müəyyən edilməzsə, beyindaxili dəyişikliklər baş verə və bu da insanı ömürlük dərman istifadəsinə məcbur edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Həkimlərin sözlərinə görə, depressiyaya düşən insan həyata və ətrafdakılara qarşı tam laqeyd olur, özünə qapanır və heç nəyə maraq göstərmir:
Bundan başqa, kliniki depressiyada insanın daxili və xarici maraqları tamamilə itir və nə istəmir. Əgər insanda yuxu problemləri, qidalanma pozğunluğu və ya daimi yorğunluq halları müşahidə olunursa, bu, asteno-nevrotik sindromun əlamətləri ola bilər və sonradan depressiyaya gətirib çıxara bilər.
Belə hallarda ilk növbədə psixoloqa müraciət etmək vacibdir:
"Peşəkar psixoloq testlər vasitəsilə vəziyyətin nə qədər ağır olduğunu müəyyən edir ki, bu, ya kliniki depressiya, ya da asteno-nevrotik sindrom ola bilər".
Həzən halsızlıq və əhval dəyişikliyi depressiya deyil, başqa tibbi səbəblərlə, xüsusilə qalxanabənzər vəzi hormonları ilə əlaqəli ola bilər. Əgər sadəcə gücsüzlük və əhval dəyişkənliyi varsa, endokrinoloqa müraciət etmək tövsiyə olunur. Çünki hormonal pozğunluqlar, "D" vitamini çatışmazlığı bu hallara səbəb ola bilər və bu zaman nutrisiyoloq müalicə təyin etməlidir.
Psixoloqların fikrincə, insan özünü və ehtiyaclarını görməzdən gələndə, əvvəlcə yorğunluq, sonra isə həyat marağının itməsi baş verir və bu proses tədricən dövri xarakter alır. Beynin biokimyası dəyişir və insan daim hormonal terapiya almağa məcbur olur.
"Əgər insan vaxtında öz üzərində işləməsə və psixoloji dəstək almasa, vəziyyət xroniki hal ala bilər. Heç bir dərman terapiyası psixoloji müşayiətin yerini verə bilməz. Əsas məsələ psixikanın dərin qatlarında olan səbəbi anlamaqdır".
Həkimlər depressiyadan qorunmaq üçün hər kəsin şəxsi imkan və məhdudiyyətlərini nəzərə alaraq hərəkət etməyi tövsiyə edirlər:
"Bu, depressiyadan ilk qoruyucu addımdır. Həmçinin insanın sevdiyi məşğuliyyəti və əlavə gəlir mənbəyi olması da vacibdir".
Töhfə Səməd
tag: Kliniki depressiya,Psixoloq,Müalicə,todaypress.tv,