Uzun müddət oturmaq beyin sağlamlığına zərər verir
Yeni elmi araşdırmaya görə, uzun müddət oturaq həyat tərzi sürən 50 yaşdan yuxarı insanlar demans, xüsusilə də Alzheimer riski ilə qarşı-qarşıya qala bilər.
TodayPress TV xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburgh Universiteti və Seul Milli Universitetindən alimlərin birgə apardığı tədqiqatda 404 nəfər könüllü iştirak edib.
Onlar bir həftə ərzində xüsusi sensorlarla izlənilib. Araşdırmada iştirak edənlərin 87 faizi həftəlik minimum fiziki aktivlik tövsiyələrinə əməl etsə də, gün ərzində daha çox oturan şəxslərin beyin həcmində azalma və bilişsel funksiyalarda zəifləmə müşahidə olunub.
Alimlər qeyd edir ki, beyin həcminin xüsusilə yaddaşla əlaqəli olan hipokampus hissəsində azalma baş verib. Bu bölgə Alzheimer xəstəliyində ilk zədələnən sahələrdən biridir.
“Alzheimer riskini azaltmaq təkcə idmanla kifayətlənmir. Gün ərzində oturma müddətini azaltmaq da bir o qədər vacibdir” nevroloq Dr. Marissa Goqniat xəbərdarlıq edib.
Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Angela Cefferson isə bildirib ki, genetik olaraq Alzheimer riskinə malik olan insanlarda uzunmüddətli oturaq həyat beyin sağlamlığını daha da sürətlə zədələyə bilər. O, bu səbəbdən belə şəxslərin tez-tez fasilə verərək oturmaqdan qalxmalarının vacibliyini vurğulayıb.
Araşdırma oturmaqla beyin pozuntuları arasında tam səbəb-nəticə əlaqəsi qurmasa da, artan hərəkətsizliyin beyin yaşlanmasını sürətləndirdiyini göstərib.
Qiymət Mahir
tag: Alimlər ,Alzheimer ,Araşdırma,Risk,todaypress.tv,