Elektron siqaretlərin təhlükəsi açıqlandı

Sağlamlıq

20.05.2025 17:15

6

Oksford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kapsul tipli müasir veyplər (məsələn, Juul və Elf Bar) nikotinli saqqızla müqayisədə daha güclü asılılıq yaradır.

TodayPress TV xəbər verir ki, “Nicotine & Tobacco Research” jurnalında dərc olunan araşdırmaya görə, bu tip cihazlar nikotini yüksək dozada və sürətlə orqanizmə ötürür.

Xüsusilə də əvvəlcədən siqaret çəkməyən 18–24 yaş arası gənclər arasında veyp istifadəsi sürətlə artır və bu da asılılıq riskini yüksəldir.

Eksperiment zamanı müəyyən edilib ki, veyplər nikotin saqqızından daha effektiv şəkildə asılılıq simptomlarını azaldır və daha çox məmnunluq yaradır.

Tədqiqatçılar bu cihazların satışına və reklamına nəzarətin gücləndirilməsini təklif edirlər.

Qiymət Mahir 

tag: Oksford ,Alim,Elm,Elektron siqaret,Veyp,todaypress.tv,