Qobustan RMX-də bir il yarım ərzində 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib
Sağlamlıq
20.06.2025 10:49
“Son bir il yarımda Qobustan Rayon Mərkəzi Xəstəxanasında 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Qobustan RMX-də keçirilən mediatur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-də daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib:
“Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.
Töhfə Səməd
tag: TƏBİB,Mediatur,Tədbir,Qobustan,Todaypress.tv,